ATİAHİ Qobustan rayon komitəsi tərəfindən şəhid ailələri ziyarət olunub

ATİAHİ Qobustan rayon komitəsinin əməkdaşları tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib.

Görüş zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Həmçinin 44 günlük Vətən müharibəsindən, əsgər və zabitlərimizin keçdikləri şanlı döyüş yolundan, qəhrəmanlıqlarından, qazandıqları parlaq qələbədən danışıblar. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Şəhid valideynləri övladları ilə fəxr etdiklərini qeyd edib, cəmiyyətimiz və dövlətimiz tərəfindən onlara olan ali münasibətdən razılıq ifadə ediblər. Həmçinin ziyarət olunan ailələrə maddi-mənəvi dəstək göstərilib.
WhatsApp Image 2023-10-11 at 10.46.58.jpeg 369.55 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo