Martın 5-də ATİAHİ Qobustan rayon komitəsi tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayonun pedaqoji ictimaiyyətin qadın nümayəndələri iştirak ediblər.
Tədbirdə rayon komitəsinin sədri Ə.Qayıbov, Qobustan Rayon Təhsil Şöbəsinin müdiri T.Səbzaliyev çıxış edərək ölkəmizdə qadın hüquqlarının qorunmasından, onların cəmiyyətdə yeri və rolundan, dövlətin idarə olunması prosesində iştirakından danışıblar.
Sonda rayon komitəsi tərəfindən ittifaq üzvlərinin həssas təbəqələrindən olan 25 nəfərə maddi yardım, ittifaqın fəallarından 10 nəfərə mükafat, 5 nəfərə isə Fəxri fərman verilib.