Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Novruz bayramı təbriki
Təbrikdə deyilir:

“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür diləyirəm.

Novruz xalqımızın əsrlərdir qoruyub saxladığı, çətin sınaqlar qarşısında belə dəyərini itirmədiyi bir bayramdır. Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən Novruz dostluq, bolluq, ruzi-bərəkət, xeyirxahlıq, barışıq, mehribanlıq, mərhəmət, milli birlik və həmrəylik rəmzi olaraq sevilir. Ulu Öndər Heydər Əliyevin Bahar bayramına olan münasibəti bu qədim adət-ənənəmizin yenidən dirçəlməsinə və ümumxalq bayramına çevrilməsinə səbəb olmuşdur. Novruz öz gəlişi ilə yurdumuza xeyir-bərəkət, elimizə yeni gün və təzə nəfəs, ömrümüzə təravət gətirir.

Novruz bayramı  əvvəlki illərdən fərqli olaraq, son iki ildir ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəriyi ilə əldə etdiyimiz Zəfərin xoş əhval-ruhiyyəsi ilə qeyd olunur və hər kəsin üzünə xoşbəxt təbəssüm bəxş edir.

Gəlişi ilə sevinc və şadlıq gətirən bahar bayramı qoy hər zaman dövlətimizə və xalqımıza yeni nailiyyətlər qazandırsın.

Azərbaycan həmkarlar ittifaqlarının hər bir üzvünə bayram münasibətilə sağlam və təhlükəsiz əmək, normal iş şəraiti, gözəl istirahətlər arzulayıram.

Əziz həmvətənlər, bir daha bayramınız mübarək olsun”.

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo