Qobustan rayonunda uşaqlar üçün bayram tədbiri keçirilib

İyunun 1-də Qobustan rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.
ATİAHİ Qobustan rayon komitəsinin təşkilatçılığ ilə baş tutan tədbir şəhər A.Qayıblı adına 3 №-li tam orta məktəbdə baş tutub.
Tədbirdə rayon komitəsinin sədri Ə.Qayıbov, Qobustan Rayon Təhsil Şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak ediblər.
Uşaqları təbrik edən Ə.Qayıbov ölkəmizdə onlara olan diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Azərbaycanda bütün dövrlərdə uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biri olub. Onun sözlərinə görə, ölkəmizdə həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam, savadlı, vətənpərvər böyümələri, firavan yaşamaları üçün hər bir şərait yaratmağa çalışırlır.
Sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Qobustan şəhər 3 №-li məktəbin XI sinif şagirdi Zəhra Rəsullu rayon komitəsi tərəfindən 200 manat məbləğində pulla mükafatlandırılıb. Eləcə də onun müəllimi Sədaqət Məhərrəmovaya hədiyyə təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo