Qobustan rayonunda yubiley yaşı olan müəllimlər təbrik edilib


ATİAHİ Qobustan rayon komitəsi tərəfindən 65 yaşı tamam olmuş ittifaq üzvləri ilə görüş təşkil edilib.

Belə ki, rayon komitəsi Oqtay Bayramov, Mansur Dəmirov, Şövkət Mirzəlizadə yubiley münasibətilə təbrik edib, onlara fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub.

Görüşdə müəllimlərin mənalı ömür yolundan, uğurlu pedaqoji fəaliyyətlərindən, gənc nəslin yetişməsində fədakar əməylərindən, yetirmələrinin nəticələrindən, rayon təhsilinin inkişafına verdikləri töhfələrdən danışılıb. Bildirilib ki, məhz müəllimlərin misilsiz xidmətləri sayəsində ölkəmizdə təhsil günü-gündən inkişaf edir, elmi nailiyyətlər əldə edilir.

Yubiliyarlar onlara göstərilən diqqətdən razı qaldıqlarını bildirib və bunun üçün təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo