Qobustanda məktəb direktorları təltif edilib
 

Qobustan rayonunun Sündü kənd Şikar Şikarov adına tam orta məktəbin direktoru Ziya Məlikov və Sündü kənd Habil Qarayev adına ümumi orta məktəbin direktoru Hüseyn Məmmədovun 65 yaşları tamam olub.
ATİAHİ Qobustan rayon komitəsi bu münasibətlə onlarla görüş keçirib.
Görüşdə yubilyarların keçdiyi mənalı ömür yolundan, səmərəli pedaqoji fəaliyyətlərindən, yetirmələrinin uğurlarından, rəhbərlik etdikləri təhsil ocağının nailiyyətlərindən danışılıb, ünvanlarına təbriklər səslənib.
Sonda hər iki müəllimə rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.
WhatsApp Image 2023-07-12 at 10.43.40 (1).jpeg 4.84 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo