Qobustanda müəllimlər 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib


ATİAHİ Qobustan rayon komitəsi Təhsil sektoru ilə birgə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil edib. Tədbirə rayon məktəblərindən müəllimlər dəvət edilib.

Çıxış edənlər dövlətimizin təhsil siyasətindən, bu sahəyə olan diqqət və qayğıdan, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, həmçinin xüsusən son illərdə bu peşəyə artan maraqdan söz açılıb.

Müəllimlər həm dövlət, həm də cəmiyyət tərəfindən onlara göstərilən ali münasibətdən razılıqlarını ifadə ediblər.

Sonda müəllimlərə fəxri fərman və hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo