Qobustanda Novruz tədbiri təşkil olunub
Martın 18-də ATİAHİ Qobustan rayon komitəsinin təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib.
Tədbirdə rayon komitəsinin sədri Ə.Qayıbov, Qobustan Rayon Təhsil Şöbəsinin əməkdaşı M.Soltanov çıxış edərək iştirakçılara təbriklərini çatdırıblar. Bildirilib ki, Novruz Azərbaycanın ən qədim milli bayramıdır, gözəl adət-ənənələri ilə xalqımızı birliyə, həmrəyliyə səsləyir.
Digər çıxış edənlər Novruz adətlərindən, mənəvi dəyərlərimizin zənginləşməsində rolundan bəhs ediblər.
Sonda rayon komitəsi tərəfindən ittifaq üzvlərinin həssas təbəqələrindən 30 nəfərə bayram sovqatı, 32 nəfərə maddi yardım, 4 nəfərə mükafat və 5 nəfərə isə Fəxri fərman verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo