Qobustanda şəhid ailələri ilə görüş keçirilib

ATİAHİ Qobustan rayon komitəsi 27 sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsinin iştirakçıları olan ittifaq üzvləri və şəhid ailələri ilə görüşlər keçirib.
Görüşdə işğal altında olan ərazilərizin azad edilməsində Azərbaycan Ordusunun rəşadətindən, yenilməzliyindən söz açılıb. Vurğulanıb ki, II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Sonda müharibə iştirakçılarına və şəhid ailələrinə maddi-mənəvi dəstək göstərilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo