Qobustanda təcrübəli müəllimlərin doğum günü qeyd olunub


Qobustan şəhər A.Qayıblı adına 3 №-li tam orta məktəbin müəllimləri -  Rahilə Əzməmmədova və Nazilə Səlimlinin 65 illik yubleyi və pedaqoji fəaliyyətlərinin 42 illiyi qeyd olunub.

ATİAHİ Qobustan rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə yubiliyarların müəllimlik fəaliyyətindən və mənalı ömür yollarından, rayon təhsilinin inkişafında səmərəli xidmətlərindən, yetirmələrinin uğurlarından danışılıb, təbriklər səslənib.

Hər iki müəllim onlara göstərilən diqqətə görə, iştirakçılara və tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Sonda yubiliyarlara həmkarlar komitəsi tərəfindən fəxri fərman və hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo