Qobustanda universitetə qəbul olan gənclərlə görüş keçirilib

Sentyabrın 5-də Qobustan rayonunda 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplamış məzunlar və olimpiada qalibləri ilə görüş keçirilib.
ATİAHİ Qobustan rayon komitəsinin rayon icra hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə birlikdə təşkil etdiyi görüşdə tələbələrə təbriklər çatdırılıb, gələcək fəaliyyətlərində və təhsil sahəsində uğurlar arzulanıb. Tələbələr onlara göstərilən diqqətə görə, təşkilatçılara minnətdarlıq edib və daha böyük nailiyyətlər qazanmaq üçün səylə çalışacaqlarını, dövlətimizə faydalı vətəndaş olacaqlarını bildiriblər.
Sonda gənclərə fəxri fərman və qiymətli hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo