Qobustanda yüksək nəticə əldə etmiş abituriyentlər mükafatlandırılıb
 

Sentyabrın 5-də ATİAHİ Qobustan rayon komitəsi Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə birlikdə bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən rayon gəncləri ilə görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin rəhbərləri, test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Rayon komitəsinin sədri Ə.Qayıbov çıxış edərək yüksək bal toplamış məzunları təbrik edib, Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolundan danışıb.
 
Məzunlar onlara göstərilən diqqətdən razı qaldıqlarını bildirib və görüşün təşkilatçılarına minnətdarlıq ediblər. Qeyd ediblər ki, bundan sonra da təhsil sahəsində uğurlarını davam etdirəcək, ölkəmizin inkişafına mühüm töhfələr verəcəklər. 
Sonda məzunlara Fəxri fərman və hədiyyələr təqdim edilib. Bundan başqa, respublika fənn olimpiadasında yüksək nəticə göstərmiş üç şagird də mükafatlandırılıb. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo