ATİAHİ Qobustan rayon komitəsi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ittifaq üzvü olan şəhid ailələri, qazilər, müharibə veteranları iştirak ediblər. Çıxış edənlər bildirib ki, ermənilərin məkirli əməllərinin cavabı layiqincə verildi. Minilliklə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bunla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi.
Şəhid ailələri, qazilər, veteranlar çıxışlarında onlara göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.
Sonda onlara maddi dəstək göstərilib, fəxri fərman və hədiyyələr təqdim edilib.